Millimiz Ukraynaya məğlub oldu - YENİLƏNİB
04.03.2014 - 14:54
Millimiz Ukraynaya məğlub oldu - YENİLƏNİB

Bu gün gənc futbolçular arasında Latviya Futbol Federasiyasının kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, 4 komandanın mübarizə apardığı yarışda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi də çıxış edir.

Olimpiya sistemi ilə keçirilən turnirin ilk oyun günündə yarımfinal matçlarından biri baş tutub. Almaniyalı baş məşqçi olan Nikolay Adamın yetirmələri Ukrayna ilə üz-üzə gəlib. Kubokun açılış matçı Bakı vaxtı ilə saat 13:00-da başlayıb. Millimiz artıq 2-ci dəqiqədə hesabda geri düşüb. 49-cu dəqiqədə fərqi 2-yə çatdıran ukraynalılar 70-ci dəqiqədə qapılarında qol görüblər. Görüşdə son nöqtəni isə slavyanlar qoyub. 89-cu dəqiqədəki qoldan sonra millimizin 1:3 hesablı yenilgisi rəsmiləşib.

Qeyd edək ki, saat 15:45-də başlayacaq digər yarımfinal oyununda Latviya – Finlandiya cütü üz-üzə gələcək. Bu oyundan sonra millimizin turnirin 3-cülüyü uğrunda hansı komanda ilə qarşılaşacağı müəyyənləşəcək.

 

Yarımfinal

4 mart

UKRAYNA – AZƏRBAYCAN - 3:1

 

0