Millimiz Xorvatiyada yenə darmadağınla üzləşdi
17.10.2014 - 11:44
Millimiz Xorvatiyada yenə  darmadağınla üzləşdi

Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Sloveniyanın “Koper” klubunun U-19 komandası ilə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:0. Bu məğlubiyyət futbolçularımızın son 1 həftədə Xorvatiyada üzləşdiyi ikinci darmadağın olub. Oktyabrın 13-də əsas millimiz AVRO-2016-nın seçmə mərhələsində meydan sahiblərinə məğlub olmuşdu – 0:6.