Azərbaycan millisi tarixində 3-cü dəfə oktyabrın 13-də meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Osiyekdə Xorvatiyanın qonağı olacaq yığmamız əvvəllər iki dəfə bugünkü tarixdə rəsmi oyun keçirib.
Bu matçlarda qol vura bilməyən komandamız hər iki görüşdən məğlub ayrılıb. 2004-cü ildə DÇ-2006-nın seçmə oyununda İngiltərə yığması Bakıdan 3 xalla ayrılıb. Britaniyalılar qələbəni 1 qolla əldə ediblər.
AVRO-2008-in seçmə görüşündə isə rəqib Portuqaliya olub. 2007-ci ildəki matçda isə qonaqlar iki qolla Bakını qalib kimi tərk edib. Oktyabrın 13-də keçirdiyi ilk matçda 1, ikincidə 2 qol buraxan yığmamız 3-cü sınağına Osiyekdə çıxır.