Millimizdə 90, Almaniyada 45 dəqiqə oynadı
13.09.2014 - 17:32
Millimizin hücumçusu Dmitri Nazarov Almaniyanın “Karlsrue” klubunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 2-ci Bundesliqanın V turu çərçivəsində Karlsrue təmsilçisi “Bohum”un qonağı olub.
Görüş 1:1 hesabı ilə başa çatıb. Nazarov meydana fasilədə daxil olub. O, dayaq yarımmüdafiəçisi Raynhold Yabonu əvəzləyib. Bu həftə millimizin Bolqarıstanla seçmə görüşündə qol vuran Dmitri 52 və 58-ci dəqiqələrdə komandasının 2-ci topunu da vurmağa yaxın olub.
Qeyd edək ki, çempionatda hələ yenilgi üzü görməyən “Karlsrue” 9 xalla VI pillədədir.
0
0