Kiprdə keçirilən qadınlar arasında “Afrodita kuboku”nda II tura start verilib. Apasport.az saytının məlumatına görə, B qrupunda çıxış edən 21 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bəhreynlə qarşılaşıb.
İlk oyunda Maltaya məğlub olan (1:2) gücünü asiyalılara göstərib. 4 cavabsız qol vuran millimiz 4:0 hesabı ilə qalib gəlib. İlk yarıda hesabı açan Patrisiya Qonzalesin yetirmələri fasilədən sonra daha 3 qolun sevincini yaşayıb.
A qrupunda keçirilən qarşılaşma daha məhsuldar olub. Yunanıstan millisi BƏƏ-ni 7 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, tura bu axşam keçiriləcək Kipr – Malta və Latviya – Livan oyunları ilə yekun vurulacaq.
A qrupu
|
1 |
Yunanıstan |
2 |
2 |
0 |
0 |
21-0 |
6 |
|
2 |
Latviya |
1 |
1 |
0 |
0 |
2-0 |
3 |
|
3 |
BƏƏ |
2 |
0 |
0 |
2 |
0-9 |
0 |
|
4 |
Livan |
1 |
0 |
0 |
1 |
0-14 |
0 |
B qrupu
|
1 |
Malta |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
|
2 |
Kipr |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
3 |
Azərbaycan |
2 |
1 |
0 |
1 |
5-2 |
3 |
|
4 |
Bəhreyn |
2 |
0 |
0 |
2 |
0-5 |
0 |