Millimizi darmadağın etdilər, futbolçular mükafatlandırıldı
07.10.2014 - 21:43
Rusiya Futbol İttifaqı (RFS) yığmanın futbolçularını Azərbaycan millisi ilə yoldaşlıq və Lixtenşteynlə AVRO-2016-nın seçmə mərhələisində qazanılan qələbə üçün mükafatları ödəyib. Apasport.az saytının məlumatına görə, bu haqda futbol ittifaqının baş direktoru Aleksandr Alayın bildirib.
Qeyd edək ki, sentyabrın 3-də baş tutan matçda Şimal qonşularımız milli komandamızı 4:0 hesabı ilə məğlub etmişdi. 5 gün sonra Lixtenşteynlə keçirilən AVRO-2016-nın seçmə mərhələisində də ruslar eyni nəticə əldə ediblər.
0
0