Millimizin 4 futbolçusu Norveçdən Danimarkaya yolandı
13.06.2015 - 07:48
Millimizin 4 futbolçusu Norveçdən Danimarkaya yolandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Danimarkada təlim-məşq toplanışında olan yığmamıza daha 4 futbolçu qoşulub.

 

Belə ki, Norveçdə meydan sahibləri ilə AVRO-2016-nın seçmə oyununda qolsuz heç-heçə edən əsas millinin düşərgəsində olan Elvin Camalov, Elnur Cəfərov, Coşqun Diniyev ve Emil Balayev bu gündən etibarən gənclər yığmasının hazırlığına qatılacaq.

 

Qeyd edək ki, U-21 iyunun 17-də AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində səfərdə Farer adaları yığması ilə qarşılaşacaq.