Millimizin açıq məşqinin vaxtı açıqlandı
12.03.2015 - 13:34
Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, millimiz sabah İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşq edəcək.
Komandasının saat 10:00-da başlayacaq hazırlıq mətbuat üçün açıq olacaq. Yığmanın baş məşqçisi Mirbağır İsayev açıq məşqdən əvvəl KİV nümayəndələrinin suallarını cavablandıracaq.
Mənbə: affa.az
0
0