Millimizin Almaniya klubuna qarşı qara sarğı ilə oynayacaq
25.02.2014 - 13:08
Millimizin Almaniya klubuna qarşı qara sarğı ilə oynayacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan millimiz Almaniyanın "Hauenstein" klubu ilə qarşılaşacaq. 

 

Bu matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar yığmamızın üzvləri meydana qara sarğı ilə çıxacaq.

 

Mənbə: affa.az