Millimizin baş məşqçisi AFFA ilə müqaviləsini pozdu
03.10.2014 - 11:38
Millimizin baş məşqçisi AFFA ilə müqaviləsini pozdu

Futzal üzrə milli komandamızın və “Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva müqaviləsini AFFA ilə müqaviləsini birtərəfli şəkildə pozub. Apasport.az saytının məlumatına görə, braziliyalı çalışdırıcı 2007/08 mövsümündə çalışdığı Qazaxıstanın “Kayrat” klubuna geri dönüb.

 

Ancaq o bu dəfə “Kayrat”da köməkçi məşqçi qismində fəaliyyət göstərəcək. 46 yaşlı mütəxəssis baş məşqçi Kakaunun köməkçisi təyin olunub. Almatı klubunun rəsmi saytı bu xəbəri təsdiqləməsə də, Alesio artıq oktyabrın 1-də “Kayrat”ın dünya superkobukunun yarımfinalında keçirdiyi matçda texniki zonada olub. Belə ki, Qazaxıstan təmsilçisi Tailandın “Çonburi Blu Veyv” klubunu 6:2 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Joze Alesio 2 dəfə “Araz”la UEFA Kubokunun bürünc mükafatına sahib olub. O, 3 dəfə Azərbaycan millisini Avropa çempionatının final mərhələsinə çıxarıb.

0