Millimizin Bayıl sınağı
15.04.2015 - 10:43
Millimizin Bayıl sınağı

Sabah Bakıda UEFA-nın növbəti İnkişaf turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 16 yaşadək qızların yarışında 4 komanda çıxış edəcək.

 

Azərbaycan millisi 1-ci yer uğrunda Yunanıstan, Qazaxıstan və Gürcüstanla mübarizə aparacaq. Oyunları Bayıl stadionu və “Dalğa Arena”da keçiriləcək yarışın qalibi dairəvi sistemlə müəyyənləşəcək. Meydan sahibi olan millimiz hər üç oyununu Bayılda keçirəcək.

 

Qeyd edək kl, dünən eyni ölkələrin oğlanlardan ibarət U-16 komandalarının mübarizəsinə yekun vurulmuşdu. Hər 3 qarşılaşmada qalib gələn yığmamız UEFA-nın İnkişaf turnirinin qalibi olmuşdu.

 

UEFA-nın İnkişaf turniri

16 aprel

14:00. Yunanıstan – Qazaxıstan

“Dalğa Arena”

16:00. Azərbaycan – Gürcüstan

Bayıl stadionu

 

17 aprel

14:00. Yunanıstan – Gürcüstan

“Dalğa Arena”

16:00. Azərbaycan – Qazaxıstan

Bayıl stadionu

 

19 aprel

10:00. Qazaxıstan – Gürcüstan

“Dalğa Arena”

10:00 Azərbaycan – Yunanıstan

Bayıl stadionu