Millimizin futbolçuları ən yaxşı seçildi
27.06.2015 - 13:05
Millimizin futbolçuları ən yaxşı seçildi

Azərbaycan millisinin iki futbolçusu mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, U-17 yığmamızın üzvləri Hüseyn Seyliğli və Doğukan Öksüz Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində fərqləniblər.

 

Hüseyn turnirin ən yaxşı müdafiəçisi adına layiq görülüb. Ən yaxşı hücumçuya verilən mükafata isə Doğukan sahib çıxıb.

 

Qeyd edək ki, Azərbaycan millisi finalda İspaniyaya uduzaraq (1:1, pen.1:4), turniri 2-ci pillədə başa vurub.