Millimizin futbolçusu Almaniyada cəzalandı
03.03.2014 - 09:14
Almaniya çempionatının II Bundesliqasında XXIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Tuğrul Eratın şərəfini qoruduğu “Fortuna” öz meydanında “Arminiya”nı qəbul edib.
Düsseldorf təmsilçisi bu matçda 2:0 hesabı ilə qalib gəlib. Yığmamızın Dubay toplanışına çağırılan Erat bu qarşılaşmaya start heyətində çıxıb və 90 dəqiqə meydanda olub. Millimizin üzvü 33 min 478 tamaşaçının izlədiyi qarşılaşmanın 88-ci dəqiqəsində sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, hesabında 31 xal olan “Fortuna” 11-ci pillədə qərarlaşıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0