Millimizin futbolçusu Bundesliqanın 1 addımlığında
18.05.2015 - 08:00
Millimizin futbolçusu Bundesliqanın 1 addımlığında

Almaniya çempionatının 2-ci Bundeslqiasında XXXIII turun oyunları keçirilib. Apaspsort.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” səfərdə Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb.

 

Bundesliqaya yüksəlmək üçün mübarizə aparan komandaların duelində qonaqlar qalib gəlib – 2:0. Nazarov bu qarşılaşmaya start heyətində çıxıb və 77 dəqiqə meydanda olub.

 

Bu qələbədən sonra xal hesabını 55-ə çatdıran “Karlsrue” yarışın sonuna 1 tur qalmış 3-cü pillədə qərarlaşıb. 2-ci yerdən 1 xal geri qalan 4-cü pillədəki “Kayzerslautern”i əlavə göstəricilərdə qabaqlayır.

 

Qeyd edək ki, 2-ci Bundesliqada ilk 2 yeri tutan komanda birbaşa Bundesliqaya yüksəlir, 3-cü pillənin sahibi isə pley-offa çıxır.