Millimizin futbolçusu yenə 1-ci oldu
14.03.2014 - 18:16
Millimizin futbolçusu yenə 1-ci oldu

“İnStat Football” şirkəti “İnter” futbolçularının fiziki fəallığı haqqında məlumatları təqdim edib. Apasport.az saytının məlumatına görə, ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşü olan “İnter” - “Neftçi” (1:1) oyununda meydan sahiblərinin futbolçuları 111,5 kilometr məsafə qət edib.

Bu matçda da ötən turun “Sumqayıt”la görüşündə olduğu kimi, hamıdan çox qaçan Ruslan Əmircanov olub. Milli komandamızın sağ cinah müdafiəçisi bu dəfə 11685 metr məsafə qət edib.

“İnter”in heyətində ən çox məsafə qaçan 5 futbolçu ilə sizi tanış edirik:
 

Adı
Məsafə
1
Ruslan Əmircanov
11685 m.
2
Abdulla Abatsiyev
11493 m.
3
Derlis Meza Kolli
10984 m.
4
Vaqif Cavadov
10712 m.
5
Sezar Meza Kolli
10521 m.