Millimizin futbolçusu yoluxucu xəstəliyə tutuldu
14.04.2015 - 14:55
Millimizin futbolçusu yoluxucu xəstəliyə tutuldu

Millimizin üzvü Rüfət Dadaşovun komandası “Saarbrükken” Almaniyanın Regional Liqasının XXIX turunda “Ayntraxt Trayer”lə üz-üzə gələcək. Apasport.az saytının Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Saarbrükken şəhərinin eyniadlı komandası matçın hazırlığına başlayıb.

 

Vacib oyunöncəsi Fuat Kılıçın komandası problemlərlə üzləşib. “Saarbrükken”in 4 futbolçusu qripə yoluxub ki, onların sırasında Rüfət də var. Dadaşovla yanaşı, Feliks Luz, Dennis Veqner və Marko Meyerhofer də analoji problemdən əziyyət çəkir. Bu futbolçuların başı yoluxucu xəstəliyə qarışdığı halda, komandanın digər üzvü Aleksandr Xan zədəsini sağaltmaqla məşğuldu. Bu futbolçuların qarşıdakı matçda iştirakı sual altındadı.

 

Qeyd edək ki, “Saarbrükken” 28 turdan sonra 60 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Rüfətin komandası lider “Kikers Offenbax”dan 6 xal geri qalır.