Millimizin gözü Nyonda
18.11.2014 - 10:25
Millimizin gözü Nyonda

Sabah 19 yaşadək qızlar arasında Avropa çempionatının növbəti mövsümünün püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, Slovakiyada baş tutacaq final mərhələsinə vəsiqələr uğrunda 46 komanda mübarizə aparacaq. Bunlardan ikisi – İngiltərə ilə İspaniya yarışa elit-raunddan qoşulacaq.

 

Seçmə mərhələdə çıxış edən 44 komanda isə UEFA reytinqinə əsasən 4 səbətə bölünüb. Başa çatan son 3 mövsümün nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində Azərbaycan millisi də yer alıb. Hesabında cəmi 1,000 xal olan komandamız Avropanın 39-cusudur. Bu üzdən də yığmamız ən zəiflərin yer aldığı D səbətində qərarlaşıb.

 

Noyabrın 19-da İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma Bakı avxtı ilə saat 13:15-də başlayacaq. Püşk zamanı Rusiya və Ukrayna eyni qrupa düşməyəcək.

 

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2015-ci ilin 15-20 sentyabr tarixlərində keçiriləcək. Səbətlərin tərkibini nəzərinizə çatdırırıq:

 

U-19-un potensial rəqibləri

A səbəti: İsveç, Fransa, Almaniya, Norveç, Danimarka, Finlandiya, Belçika, Şotlandiya, İrlandiya, Hollandiya, İsveçrə

B səbəti: Portuqaliya, Çexiya, Serbiya, Rumıniya, İtaliya, Avstriya, İslandiya, Rusiya, Şimali İrlandiya, Uels, Polşa

C səbəti: Türkiyə, Ukrayna, Macarıstan, Yunanıstan, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Makedoniya, Kipr, Belarus, Estoniya

D səbəti: Farer adaları, Bolqarıstan, AZƏRBAYCAN, Moldova, Latviya, Litva, İsrail, Qazaxıstan, Monteneqro, Gürcüstan, Albaniya.