Millimizin hazırlıq planı müzakirə olundu
13.04.2015 - 12:23
Millimizin hazırlıq planı müzakirə olundu

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla  görüş keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyinat müzakirə olunub.

 

Bu vəzifənin Nazim Süleymanova həvalə olunmasına münasibət bildirildiyi görüşdə U-17 millisinin 2016-cı ildə Bakıda keçiriləcək Avropa çempionatına hazırlığına da toxunulub. Tədbir iştirakçıları bu yarışa hazırlıq planını ətraflı müzakirə edib, öz fikirlərini bildiriblər.

 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2016-cı ildə Azərbaycanda keçiriləcək və U-17 yığmamız təşkilatçı ölkənin təmsilçisi olaraq final mərhələsində iştirak edəcək.

 

Mənbə: affa.az

0