Millimizin Macarıstan sınağı
10.11.2014 - 10:33
Millimizin Macarıstan sınağı

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda mübarizəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da yer aldığı qrupun oyunları Macarıstanda keçiriləcək.

 

Yığmamız və meydan sahiblərindən başqa, Sloveniya və Slovakiya da 6 gün ərzində münasibətlərini aydınlaşdıracaq. Əsasnaməyə görə hər qrupdan iki ən yaxşı komanda elit mərhələyə vəsiqə əldə edir. 13 qrupda 3-cü yer sahibi olanlardan ən yaxşı nəticəyə malik kollektiv də mübarizəni davam etdirmək hüququ qazanacaq. Bu zaman onların ilk iki yerlə matçlarının nəticələri nəzərə alınacaq.

 

İlk qarşılaşmasında meydan sahibləri ilə görüşəcək millimiz iki gün sonra Slovakiya ilə üz-üzə gələcək. Komandamızın son rəqibi isə Sloveniya olacaq.

 

 

10 noyabr

16:00. Slovakiya - Sloveniya

Baş hakim: Marko Quida (İtaliya)

Tatabanya. Qroşiş Qyula stadionu

 

21:00. Macarıstan – AZƏRBAYCAN

Baş hakim: Con Beaton (Şotlandiya)

Dunayuvaroş. Esperanto stadionu

 

12 noyabr

16:00. Slovakiya - AZƏRBAYCAN

Baş hakim: Eli Hakmon (İsrail)

Dunayuvaroş. Esperanto stadionu

 

16:00. Sloveniya – Macarıstan

Baş hakim: Con Beaton (Şotlandiya)

Tatabanya. Qroşiş Qyula stadionu

 

15 noyabr

16:00. Macarıstan – Slovakiya

Baş hakim: Marko Quida (İtaliya)

Dunayuvaroş. Esperanto stadionu

 

16:00. AZƏRBAYCAN - Sloveniya

Baş hakim: Eli Hakmon (İsrail)

Tatabanya. Qroşiş Qyula stadionu

 

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.