Millimizin məşqçisi Bolqarıstanın oyununda
25.02.2014 - 12:20
Millimizin məşqçisi Bolqarıstanın oyununda

Martın 5-də Bolqarıstanın paytaxtı Sofiyada “Vasil Levski” adına stadionda Bolqarıstan və Belarus milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın məşqçisi Aslan Kərimov bu qarşılaşmanı izləyəcək.

 

Qeyd edək ki, Bolqarıstan yığması millimizlə birgə Avro-2016-nın seçmə mərhələsinin H qrupunda mübarizə aparacaq.