Millimizin məşqçisi Osloya gedir
28.10.2014 - 21:35
Noyabrın 12-də Oslo şəhərində Norveç və Estoniya milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığma komandasının məşqçisi Aslan Kərimov həmin qarşılaşmanı izləyəcək.
Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da Bakı şəhərində Azərbaycan və Norveç milliləri qarşılaşacaq.
affa.az
0
0