Millimizin oyunlarında israilli hakim
10.10.2014 - 16:45
Millimizin oyunlarında israilli hakim

Avropa çempionatının ilkin seçmə mərhələsində 19 yaşadək futbolçulardan ibarət yığmamızın keçirəcəyi oyunların hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələrinin ilk oyununda şotlandiyalı, digər iki matçında israilli referi fit çalacaq.

 

Qeyd edək ki, millimiz Macarıstanda mübarizə aparacaq 4-cü seçmə qrupunda meydan sahibləri, Slovakiya və Sloveniya ilə görüşəcək.

 

10 noyabr

16:00. Macarıstan – AZƏRBAYCAN

Baş hakim: Con Beaton (Şotlandiya)

Dunayuvaroş. Esperanto stadionu

 

12 noyabr

16:00. Slovakiya - AZƏRBAYCAN

Baş hakim: Eli Hakmon (İsrail)

Dunayuvaroş. Esperanto stadionu

 

15 noyabr

16:00. AZƏRBAYCAN - Sloveniya

Baş hakim: Eli Hakmon (İsrail)

Tatabanya. Qroşiş Qyula stadionu

 

Qeyd edək ki, oyunlar Macarıstanda keçiriləcək.