Millimizin oyunlarında yunan hakim
07.10.2014 - 11:32
Millimizin oyunlarında yunan hakim

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız Belçikada təşkil olunan seçmə mərhələnin X qrupunda mübarizəsinə yunanıstanlı və irlandiyalı referi şahidlik edəcək.

 

Oktyabrın 23-də Eysden şəhərinin “Patro Eysden” stadionunda meydan sahibləri, 2 gün sonra Beringen şəhərindəki “Mijnstadion” arenasında İsveçrə ilə baş tutacaq görüşlərdə eyni hakim olacaq. Bu matçlar yunanıstanlı Antonis Qyaçisə həvalə olunub. Ayın 28-də komandamızın Bosniya və Herseqovina ilə Eysdendəki qarşılaşmasında isə irlandiyalı Rob Rocers fit çalacaq.

 

Qeyd edək ki, yığmamızın hər üç oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.