Millimizin qapıçısı məşqlərə başladı
08.10.2014 - 13:55
Millimizin qapıçısı məşqlərə başladı

Topaz Premyer Liqasının növbəti turu çərçivəsində doğma arenada "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, "Kapital Bank Arena"da növbəti məşqini keçirən komandada itki yoxdur.

 

Milli komandanın düşərgəsində olan Məhəmməd Qurbanov və U-21-in heyətində yer alan Tərlan Əhmədli və Şahrudin Məhəmmədəliyevdən başqa hamı hazırlıqlara qatılıb. Zədəsini sağaldan Şəhriyar Xəlilov və millimizin qapıçısı Andrey Popoviç də artıq tam sağalıb və kollektivlə birlikdə çalışır.