Millimizin rəqibi Amerika ilə qarşılaşacaq
11.10.2014 - 23:15
Millimizin rəqibi Amerika ilə qarşılaşacaq

AVRO-2016-nın seçmə mərhələsində milli komandamızla üz-üzə gələcək Xorvatiya yığması yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, oktyabrın 13-də komandamızla qarşıaşacaq Niko Kovaçın yetirmələri gələn ay Amerika millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Görüş noyabrın 12-də İngiltərənin paytaxtı London şəhərində baş tutacaq. Qarşılaşma isə “Fulhem” klubunun ev oyunları keçirirdiyi “Kreyven Kottec” stadionunda reallaşacaq.