Millimizin rəqibi baş məşqçisiz qala bilər
24.02.2014 - 23:57
Millimizin rəqibi baş məşqçisiz qala bilər

AVRO-2016-nın qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli postunu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssisin İngiltərənin “Tottenhem” klubuna keçəcəyi ilə bağlı mətbuatda xəbərlər yayılıb.

 

Ancaq Prandelli bu iddiaları təkzib edib. Ölkəsinin “RAİ” televiziyasına açıqlamalar verən təcrübəli çalışdırıcı millidəki gələcəyi ilə bağlı federasiya rəhbərliyi ilə danışıqlara başlayacağını deyib: “Gələn mövsüm “Tottenhem”ə keçəcəyimlə bağlı söhbət belə gedə bilməz. Millidəki gələcəyimlə bağlı federasiya rəsmiləri ilə danışıqlar aparacağam”.

 

Qeyd edək ki, Prandelli 2010-cu ildə İtaliya Futbol Federasiyası ilə 4 illik müqavilə bağlamışdı.

 

Xatırladaq ki, millimiz H qrupu çərçivəsində İtaliya, Malta, Azərbaycan, Bolqarıstan, Norveç və Xorvatiya yığmaları ilə qarşılaşacaq.