Millimizin rəqibi dünyanın ən yaxşıları arasında
28.10.2014 - 17:46
Millimizin rəqibi dünyanın ən yaxşıları arasında

FİFA-nın dünyanın ən yaxşı məşqçisi üçün təsis etdiyi mükafata namizədlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin ən yaxşısı olmağa 10 iddiaçı var.

 

Onlardan biri AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığmasının çalışdırıcısı Antonio Konte də planetin 10 ən yaxşısı arasındadır. İlkin ilk yarısını “Yuventus”da çalışan mütəxəssis həm klub, həm millidə çalışan iki namizəddən biridir. Lui van Qal da onun kimi hər iki “cəbhədə” çalışıb.

 

Digər 8 mütəxəssisdən 5-i klub, 3-ü yığma məşqçidir: Karlo Ançelotti (Italiya/“Real”, İspaniya), Antonio Konte (İtaliya/“Yuventus”, İtaliya və İtaliya millisi), Pep Qvardiola (İspaniya/“Bavariya”, Almaniya), Yurgen Klinsmann (Almaniya/ABŞ millisi), Yoahim Löv (Almaniya/Almaniya millisi), Joze Mourinyo (Portuqaliya/ “Çelsi”, İngiltərə), Manuel Pelleqrini (Çili/“Mançester Siti”, İngiltərə), Alexandro Sabelya (Argentina/Argentina millisi), Dieqo Simeone (Argentina/“Atletiko”, İspaniya), Lui van Qal (Hollandiya/Hollandiya millisi və “Mançester Yunayted”, İngiltərə).