Millimizin rəqibi Modriçə görə “Real”a kompensasiya ödəyəcək
19.11.2014 - 00:01
Millimizin rəqibi Modriçə görə “Real”a kompensasiya ödəyəcək

UEFA AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqibi Xorvatiya yığmasının futbolçusu Luka Modriçə görə “Real”a 1,6 milyon avro kompensasiya ödəyəcək. Apasport.az xəbər verir ki, buna 29 yaşlı futbolçunun noyabrın 16-da Milanın “San-Siro” stadionunda İtaliya ilə matçda zədələnməsi səbəb olub.  

 

1:1 hesabı ilə yekunlaşan qarşılaşma Modriç üçün yaxşı başlamayıb. Matçın 26-cı dəqiqəsində “Kral klubu”nun yarımmüdafiəçisi zədələnərək, yerini “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “İnter”in futbolçusu Mateo Kovaçiçə verib. Lukada sol ombasının yan vətərinin qırılması aşkar edilib və o, 3-4 ay qədər yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, İtaliya - Xorvatiya oyunu qonaq komandanın azarkeşlərinin stadiona yanan maddələr atması nəticəsində sona 15 dəqiqə qalmış dayandırılıb. 10 dəqiqədən sonra matç yenidən davam edib. Ötən gün isə UEFA bununla bağlı intizam işi açıb. Ali futbol qurumunun Nəzarət-İntizam və etik instansiyası isə işə dekabrın 11-də baxacaq.