Millimizin rəqibindən qeyri-adi seriya
14.10.2014 - 15:10
Millimizin rəqibindən qeyri-adi seriya

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığması rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 4 qat dünya çempionları son 27 ildə ilk dəfə yeni baş məşqçisinin startına 4 qələbə ilə töhfə verib.

 

Belə ki, “Skuadra Adzurra” Antonio Kontenin bu posta təyinatından sonra keçirdiyi 4 matçda ardıcıl qələbələr qazanıb. İtaliyalılar son dəfə 1987-ci ildə belə nailiyyət əldə etmişdi. Onda Adzello Viçini debütdə 4 qələbəyə sevinmişdi.

 

Baxmayaraq ki, bu müddətdə İtaliyanı 7 mütəxəssis çalışdırıb. Onların heç biri təyinatdan sonra qələbə seriyası görməyib.

 

Qeyd edək ki, yoldaşlıq oyununda Hollandiyanı 2:0 məğlub edən rəqibimiz seçmə mərhələdə Norveçə də eyni hesabla, Azərbaycana 2:1, Maltaya 1:0 qalib gəlib.

0