AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Xorvatiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Niko Kovaç noyabrın 12-də Argentina ilə yoldaşlıq görüşü və 4 gün sonra AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyuna qarşı futbolçuları müəyyənləşdirib.
Qapıçılar: Daniyel Subaşiç (Monako, Fransa), Lovre Kaliniç (Hayduk), İvan Vargiç (Riyeka)
Müdafiəçilər: Vedran Çorluka (Lokomotiv, Rusiya), Dejan Lovren (Liverpul, İngiltərə), Qordon Şildenfeld (Panatinaikos, Yunanıstan), Tin Yedvay (Bayer, Almaniya), İvan Striniç (Dnepr, Ukrayna), Şime Vrsaljko (Sassuolo, İtaliya), Marko Leşkoviç, Marin Leovas, Tomeçak (hamısı - Riyeka)
Yarımmüdafiəçilər: Dario Srna (Şaxtyor, Ukrayna), Luka Modriç (Real, İspaniya), İvan Rakitiç (Barselona, İspaniya), Alen Haliloviç (Barselona B, İspaniya), Daniyel Pranyiç (Panatinaikos, Yunanıstan), Domaqoy Vida (Dinamo, Ukrayna), Miliç (Rostov, Rusiya), Mateo Kovaçiç (İnter, İtaliya), Badel (Fiorentina, İtaliya), Marselo Brozoviç (Dinamo), Yayalo (Rieka), Roq (Split)
Hücumçular: Mario Mandjukiç (Atletiko, İspaniya), İvitsa Oliç, İvan Perişiç (hər ikisi - Volfsburq, Almaniya), Nikola Kaliniç (Dnepr, Ukrayna), Ante Rebiç (Leypsiq, Almaniya), Duje Çop (Dinamo), Andrey Kramariç, Anas Camal Şarbini (hər iksi - Riyeka).
Qeyd edək ki, Xorvatiya Osiyek şəhərində keçirilən matçda Azərbaycan millisini 6:0 hesabı ilə məğlub etmişdi.