AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqibi İtaliya yığmasının heyətində ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə, “Yuventus”un müdafiəçisi Ancelo Oqbonna komandanın ötəngünkü məşqində zədələnərək, hazırlığı yarımçıq buraxıb.
“Skuadra adzurra”nın həkimlərinin ilkin diaqnozuna görə futbolçunun əzələləri dartılıb. O, yaxın günlərdə tibbi müayinədən keçəcək. Bundan sonra isə Oqbonna ilə bağlı qərar qəbul ediləcək. Ancelonun AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı forma geyinə bilməyəcəyi gözlənilir.
Qeyd edək ki, İtaliya – Xorvatiya matçı noyabrın 16-da Milan şəhərində baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı