Millimizin sabiq hücumçusundan yeni müqavilə
12.09.2014 - 15:17
Millimizin sabiq hücumçusundan yeni müqavilə

Topaz Premyer Liqasının növbəti turunda “Bakı” ilə qarşılaşacaq “Sumqayıt” növbəti futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusu Fərid Quliyev bir müddətdir ki, məşq etdiyi “Sumqayıt”la 1 illik müqavilə imzalayıb.

 

28 yaşlı futbolçu yeni klubunda 86 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Fərid Quliyev Türkiyənin “Kahramanmaraşspor” klubundan ayrıldıqdan sonra işsiz idi.