Millimizin üzvü 90 dəqiqə oynadı, komandası 2 pillə gerilədi
25.02.2014 - 00:58
Ötən gün millimizin futbolçusu Ufuk Budak Türkiyə PTT I Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun şərəfini qoruduğu “Qaziantep BB” XXVI tur səfərdə “Bucaspor”la üz-üzə gəlib.
Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Müdafiəçimiz isə bu matçda start heyəti ilə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. O, 90+2-ci dədiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Qaziantep BB” bu matçdan sonra 26 xalla 13-dən 15-ci pilləyə geriləyib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0