Millimizin üzvü sona qədər mübarizə apardı
26.10.2014 - 17:43
Millimizin üzvü sona qədər mübarizə apardı

Almaniya II Bundesliqasında XI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin Tuğrul Eratın şərəfini qoruduğu "Fortuna" səfərdə "Kayzerslautern"lə üz-üzə gəlib.

 

Matçda hərəyə  1 dəfə fərqlənən tərəflər meydanda sülh bağlayıb.

 

Komandasının heç-heçə etdiyi görüşdə isə Tuğrul start heyətində yer alaraq, 90 dəqiqə oynayıb.

 

Qeyd edək ki, 11 oyundan 20 xal toplayan "Fortuna" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.