21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Dmitri Nağıyev “Dnepr”in heyətində əvəzedicilər arasında Ukrayna çempionu olub. Apasport.az saytı xəbər verir ki, Dnepropetrovsk klubu sona bir tur qalmış Donetsk “Şaxtyor”unu 4:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra “Dnepr” ən yaxın izləyicisi Kiyev “Dinamo”su üçün əlçatmaz olub.
Qeyd edək ki, Nağıyev “Dnepr”in əvəzedici heyətinin daimi üzvüdü. 19 yaşlı yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 20 oyunda 1 qol vurub. Bundan başqa, Nağıyev qış fasiləsində Avroliqanın finalçısının əsas komandasının toplanışına dəvət almaqla diqqətləri üzərində çəkmişdi. Baş məşqçi Miron Markeviç bir neçə yoldaşlıq görüşündə ona “Dnepr”in əsas komandasında şans vermişdi.