Millinin baş məşqçisi komandadan getdi
16.10.2014 - 23:56
Rumıniya milli komandasının baş məşqçisi Viktor Pisurka tutduğu postu tərk edib. Apasport.az saytının məlumatına görə, 58 yaşlı mütəxəssisin ölkə futbol federasiyası ilə müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.
Bu haqda bazar ertəsi xüsusi mətbuat konfransı keçiriləcək və rumınlar rəsmən Pisurka ilə yollarının ayrıldığını bildirəcək.
Qeyd edək ki, Pisurka 2011-ci ildən Rumıniya yığmasını çalışdırıb. Komanda 2016-cı ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsində Yunanıstana (1:0) və Finlandiyaya (2:0) qalib gəlib, Macarıstanla (1:1) evdə heç-heçə oynayıb.
0
0