Millinin futbolçusu komandanın düşərgəsini tərk etdi
14.11.2014 - 21:00
Millinin futbolçusu komandanın düşərgəsini tərk etdi

Almaniya millisinin yarımmüdafiəçisi Kristof Kramer komandanın düşərgəsini tərk edib. Apapsort.az saytının məlumatına görə, buna səbəb Münhenqladbax “Borussiya”sının futbolçusunun zədələnməsi olub.

 

Kramer AVRO-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün evdə Cəbəllütariq yığması ilə oyunu buraxacaq. Bundan başqa, Kristof İspaniya ilə baş tutacaq yoldaşlıq matçında da meydana çıxmayacaq.

 

Artıq milli və “Borussiya”nın həkimləri futbolçunun müalicə olunması üçün ciddi səylərə başlayıb.

 

Qeyd edək ki, Almaniya - Cəbəllütariq oyunu Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.