19 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın ispaniyalı baş məşqçi Patrisiya Qonzales Bakıda keçiriləcək təlim-məşq toplanışı üçün 17 oyunçuya dəvət göndərib.
O, yanvarın 19-dan 24-ə qədər baş tutacaq toplanışda Günay İsmayılova, Roza Quliyeva, Cəlilli Nigar (hamısı “Fidan”), Aytac Şərifova, Vüsalə Hacıyeva, Firangiz Teymurova (hamısı “Təhsil”), Aysun Əliyeva, Kristina Bakarandze, Süsən Mənsimova (hamısı “Neftçi”), Manə Mollayeva (“Qəbələ”), Gizəm Tənəkeçi (“Frankfurt”, Almaniya), Alina Mixayelis (“Ayntraxt”, Almaniya), Samara Ortiz, Malena Ortiz (hər ikisi “Kanillas”, İspaniya), Natalya Rodelqo (“Atletiko”, İspaniya), Diana Məmmədova (UGİM Krasnoyarsk, Rusiya) və Yaiza Releanı (“Rayo Valyekano”, İspaniya) sınayacaq.
Mənbə: affa.az