Moskva MOİK-inin qapıçısı İqor Akinfeyev Çempionlar Liqasında antirekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, Rusiya millisinin qolkiperi qitənin ən möhtəbər klub turnirinin IV turunda səfərdə “Mançester Siti” ilə görüşdə yenə komandasını xilas edə bilməyib
Belə ki, Akinfeyev ardıcıl 25-ci oyunda qol buraxıb. Hazırda moskvalıların 1:2 hesabı ilə öndə oduğu matçda 28 yaşlı qolkiper qarşılaşmanın 8-ci dəqiəsində Yaya Turenin vurduğu topa üzülüb.
Qeyd edək ki, Akinfeyevin uğursuz seriyası 2006/07 mövsümündə başlayıb. O, sonuncu dəfə “Arsenal”la oyunda topu tordan çıxarıb. Bu görüşdən sonra qapıçı ardıcıl olaraq, rəqib futbolçular qarşısında məyus olmağa başlayıb. Bu isə onun ümümilikdə, üzüldüyü 48-ci top olub.
Onu da əlavə edək ki, İqor Akinfeyevdən sonra antirekord PSV-nin sabiq qolkiperi Ronald Vaterreusə məxsusdur. Hollandiyalı isə Çempionlar Liqasının 16 oyununda qapısında top görüb.