“Rəqiblərimlə müqayisədə bizim vəziyyətimiz daha yaxşıdır. Qrupdan çıxmaq üçün şansımız var”. Apasport.az xəbər verir ki, bu sözləri “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç deyib.
Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Dnepropetrovsk təmsilçisinin çalışdırıcısı sabah baş tutacaq oyunlardan danışıb. Onun fikrincə, Azərbaycan klubu sabah “Sent-Etyen”lə oyunda xal qazana bilməyəcək: “Məncə, “Qarabağ” Fransada xal qazana bilməyəcək. Bizim də taleyimiz “Sent-Etyen”lə qrupun son oyununda həll olunacaq. Amma necə olur-olsun “San-Siro”da “İnter”lə daha yaxşı oynamalıyıq”.
Qeyd edək ki, “İnter” – “Dnepr” qarşılaşması sabah 00:05-də “San-Siro” stadionunda keçiriləcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı