UEFA prezidenti Mişel Platini son vaxtlar yüksəlişdə olan “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba barədə maraqlı açıqlama verib. Fransa əfsanəsi həmyerlisini sadəcə, istedadlı oyunçu kimi tanıdığını deyib.
Platini Avropa nəhənglərinin diqqət mərkəzində olan Poqbanın Lionel Messi və ya Kriştianu Ronaldo səviyyəsinə yüksələcəyinə inanmır: “Poqba superulduzdu? Futbolda superulduz çox qol vuran futbolçulardı. Poqba isə hələ bunu bacarmır. Yəni onu superulduz saymıram. Bilmirəm Poqbada Messi və Ronaldo kimi karyera alınar, ya yox. Onlar bir mövsümdə 50-dən çox qol vururlar”.
Qeyd edək ki, “Barselona”, PSJ və “Mançester Siti” Pol Poqbanı transfer etmək uğrunda yarışırlar.