Mişel Platini boykotla bağlı reaksiya verdi
07.09.2014 - 21:42
Mişel Platini boykotla bağlı reaksiya verdi

UEFA prezidenti Mişel Platini DÇ-2018-in Rusiyada keçirilməsinə bəzi siyasətçilərin boykot etmə çağırışına reaksiya verib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri Ukraynadakı siyasi vəziyyətin idmana mane olmamasını bildirib.

 

Platini 1980-ci ildə keçirilən Olimpiadanın boykotunu bir daha xatırladıb: “Siyasətə görə ölkədə idman yarışını boykot etmək? Bu axmaqlıqdır. Belə olmamalıdır. Həmişə idman nəticəsində böyük siyasi problemlərin həllinə nail olmaq olar. Siz Olimpiadanın boykotunu xatırlayırsınız? Bu nəsə verdi?”

 

Qeyd edək ki, daha əvvəl Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbax da DÇ-2018-in boykot edilməsinə qarşı çıxmışdı.