Mixael Şumaxer xəstəxanadan çıxdı
09.09.2014 - 20:02
Mixael Şumaxer xəstəxanadan çıxdı

“Formula-1” yarışları üzrə 7 dəfə dünya çempionu Mixael Şumaxer xəstəxanadan çıxıb. Apasport.az saytının məlumatına görə, 45 yaşlı alman pilota həkimləri müalicəsinin İsveçrədəki evində davam etdirilməsinə icazə verib.

 

Şumaxer bundan sonar evdə müalicə alacaq.

 

Qeyd edək ki,  Şumaxer ötən il dekabrın 29-u Fransada dağ xizəyi sürərkən yıxılaraq başı qayaya çırpılmış və komaya düşmüşdü. O, təxminən 7 ay komadan qalandan sonra ayılıb və onu Qrenobldakı reanimasiyadan Lozannadakı bərpa mərkəzinə köçürüblər.