Möhtəşəm oyun türk hakimə tapşırıldı
21.02.2016 - 17:39
Möhtəşəm oyun türk hakimə tapşırıldı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Arsenal” – “Barselona” oyununun baş hakimi bəlli olub. Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumu bu vəzifəni türk hakim Cüneyt Çakıra tapşırıb.

 

Ona həmyerliləri Bahattin Duran və Tarık Ogün kömək edəcəklər. Əlavə köməkçi hakimlər isə Barış Şimşək və Hüseyn Göçek olacaq.

 

Qarşılaşmada 4-cü hakim funksiyasını isə Cem Satman yerinə yetirəcək.

 

Qeyd edək ki, matç 23 fevral  2016-cı il tarixində Londonda baş tutacaq.