Azərbaycan yığmasının Moldova ilə keçirəcəyi yoxlama görüşünün biletləri satışa çıxarılıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, artıq biletlərin qiyməti də açıqlanıb.
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanı izləmək istəyən azarkeşlər 1 manatlarından keçməli olacaqlar. Yalnız VIP sektorlara biletlərin qiyməti 10 manatdı.
Biletləri “28 Mall” alış-veriş mərkəzindən, 8-ci kilometr qəsəbə stadionunun kassalarından, “Bakcell” Sahil müştəri xidmətlərindən, həmçinin www.tickets.affa.az ünvanından əldə etmək olar.
Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Azərbaycan – Moldova matçı saat 21:00-da başlayacaq.