Mollalar və keşişlər yaşıl meydanda qarşı-qarşıya
24.05.2015 - 14:32
Mollalar və keşişlər yaşıl meydanda qarşı-qarşıya

Almaniyanın Hamburq şəhəri yaxınlığındakı Elmsorn qəsəbəsində maraqlı futbol matçı keçirilib. Apasport.az saytının məlumatına görə, oyunda Almaniyada xidmət edən din xadimləri üz-üzə gəliblər.

 

Müsəlman mollalarla xristian keşişlərin qarşılaşdığı “Abraham kuboku” adlanan oyunda müsəlman din xadimləri 6:1 hesabı ilə qələbə qazanıblar.

 

Olduqca maraqlı və centlmen şəraitdə keçən oyunda hakim bir dəfə də olsun cərimə zərbəsi təyin etməyib. Oyun 30 dəqiqədən ibarət iki hissədən ibarət olub.