Montella cəzalandırıldı
25.02.2014 - 16:45
İtaliya A Seriyasının XXV turunda səfərdə «Parma» ilə 2:2-lik bərabərə qalan «Fiorentina» 2 vacib xalla yanaşı, baş məşqçisi Vinçenso Montellanı da «itirib». Apasport.az xəbər verir ki, Florensiya klubunun çalışdırıcısının qeyri-etik ifadələri ona baha başa gəlib.
İtaliya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi 40 yaşlı mütəxəssisi 1 oyunluq «istirahət»ə göndərib. «Parma» ilə qarşılaşmada baş hakimin köməkçisini təhqir edən İtaliya yığmasının sabiq üzvü növbəti tur çərçivəsində baş tutacaq «Latsio» ilə matçda komandasını tək buraxacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0