Monteneqronun baş məşqçisi: Azərbaycanın təhlükəli hücumları ilə üzləşdik
11.06.2014 - 17:29
Monteneqronun baş məşqçisi: Azərbaycanın təhlükəli hücumları ilə üzləşdik

“Sərt və gərgin oyun keçdi. Çətin şərtlər altında keçən görüşdə topa sahib olma bərabər idi”. Apasport.az saytının məlumatına görə, bunu Monteneqronun 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Boris Lyutiç deyib.

Millimiz UEFA-nın bayrağı altında keçirilən inkişaf mini-turnirində dünən Monteneqro millisinə 30-cu dəqiqədə vurulan avtoqol sayəsində qalib gəlib. Bosniya və Herseqovinanın “Voqoşça” stadionunda keçirilən görüşdə qolu Aleksa Curkoviç öz qapısından keçirib.

Rəqib baş məşqçi bu haqda fikirlərini bildirib: “Biz yığma forması altında debüt edən 4 futbolçu ilə oyuna başladıq. Bu da bizim komandanın oyununda sürət və dəqiqliyə təsirini göstərdi. Bundan başqa, Çelebiç ilk yarıda, Peliçiç isə ikinci hissədə qol vurmaq imkanını qaçırdı. Biz rəqibin təhlükəli hücumları ilə üzləşdik və bu şəraitdə müsbət nəticə qazanmaq çətin idi. İlk yarıda rəqib bizim arxa xəttimizdəki səhvdən yararlandı və qələbə qolunu vurdu”.

Qeyd edək ki, az sonra millimiz Şotlandiya ilə qüvvəsini sınayacaq. Qələbə qazanacağı halda, Mirbağır İsayevin yetirmələri turnirdəki liderliyini davam etdirəcək.

0