“Nəticədən razı deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Qalatasaray”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşündəki 1:1 hesablı heç-heçəni dəyərləndirib.
Mourinyo bərabərliyin ədalətli olmadığını deyib: “Ədalətli nəticə deyil. Xüsusilə, birinci hissədə çox güclü idik. Qol şansları əldə etdik, amma reallaşdıra bilmədik. İkinci hissədə “Qalatasaray” çox güclü idi və qol vurmağı da haqq etdilər. Üzərimizdə basqı yaratdılar və bu da nəticəyə təsir etdi”.
Təcrübəli çalışdırıcı müdafiəyə üstünlük verdiklərini də bildirib: “Droqba və Sneyder üçün çətin oyun oldu. Qapalı oyun nümayiş etdirdik. Ancaq küncdən zərbədə səhvə yol verdik. Bundan əlavə, ümumi olaraq yaxşı idik. Bəzi futbolçularımın problemləri vardı deyə start heyətdə onlara şans vermədim. Meydandakı boş yerləri dəyərləndirəcək futbolçularım birinci hissədə yaxşı idilər. Ancaq ikinci hissədə bu belə olmadı”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”