Mourinyo "Çelsi"nin doqquzuncu qələbəsindən danışdı
08.11.2014 - 21:30
Mourinyo "Çelsi"nin doqquzuncu qələbəsindən danışdı

“Biz yeni bir oyun göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Joze Mourinyo deyib.

 

Portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasının XI turunda səfərdə “Liverpul”u 1:2 hesabı ilə maəğlub etmələrindən danışıb: “Matçın ikinci yarısında biz qarşılaşmanın heç-heçə bitəcəyini fikirləşmirdik. Komandam çox təsirli futbol göstərdi. Biz qazanmaq və çox top vurmaq istəyirik. Əlbəttə, bugünkü oyunda “Çelsi” daha yaxşı idi və qazanmağı haqq etdi. Düzdü, biz gec-tez xal itirəcəyik”.

 

Qeyd edək ki, “Çelsi” 11 matçdan sonra xalını 29-a çıxarıb və turnir cədvəlində liderliyini davam etdirir. London klubu bu görüşlərin yalnız 2-ində (9 qələbə) heç-heçə edib. “Zadəganlar” hələ ki məğlubiyyət acısı yaşamayıb.